Azərbaycanda koronavirus qorxulu ssenariyə doğru gedir

SAĞLAMLIQ
12:24 10.06.2020
1560
Ekspert: "Əgər xalqa təhlükə varsa, maarifləndirmə nəticə vermirsə...”

Dünyada və Azərbaycanda koronavirus pandemiyasına yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Aprel ayı ilə müqayisədə dünyada gündəlik ölüm sayında kəskin artım var. Belə ki, əgər aprel ayında dünyada bir gündə 75-90 min arasında adam yoluxurdusa, iyun ayında bu say 125 mindən çox olub. Lakin bunun əksi olaraq dünyada koronavirusdan ölənlərin sayında aprel ayı ilə müqayisədə azalma var. Belə ki, sərt karantin rejiminin tətbiq edildiyi aprel ayında dünyada gündəlik 7 min 500 ölüm qeydə alınıbsa, iyunda bu say 5 mindən bir qədər artıq olub.

Biz bu materialı hazırlayan zaman dünyada 7 milyon 210 min 931 nəfər koronavirusa yoluxub, 408 min 980 nəfər isə dünyasını dəyişib. Hazırda dünyada 3 milyon 251 min 46 nəfər koronavirus xəstəsi var ki, onlardan 53 min 788 nəfərinin vəziyyəti ağırdır.

Hələ ki COVİD-19 üçün vaksin tapılmayıb. Ona görə də dövlətlər vətəndaşlarını qorumaq üçün əsasən izolyasiya, sərt karantin qaydaları tətbiq edirlər. Vətəndaşlara maska taxmaq bir çox ölkələrdə və o cümlədən də Azərbaycanda məcburidir. Tibb sahəsi üzrə alimlər bildirirlər ki, bu xəstəlik hava-damcı yolu ilə keçdiyi üçün maskanın taxılması insanları yoluxmadan qoruyur və yaxud da yoluxma faizini aşağı salır. Virusun saç, paltar kimi yerlərə düşməsi və bu vasitə ilə yoluxma faizi aşağı hesab edilir.

Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlandı

Məlum olduğu kimi, Azərbaycanda ötən həftənin son iki günü sərt karantin rejimi tətbiq edildi. Bəzi peşə sahibləri istisna olmaqla, insanların küçəyə çıxması birbaşa yasaqlandı. Ekspertlər, təhlilçilər hesab edirlər ki, ölkədə bu dəfə sərt karantin rejiminə ciddi əməl edildi.  Hesab edilir ki, hakimiyyət daha sərt addımlara getməsə, hər kəs təkrar evinə qapanmasa, Azərbaycan İtaliyanın gününə düşə bilər. Həkimlər və müvafiq dövlət qurumlarının əməkdaşları gizlətmirlər ki, cəmiyyətin müqaviməti, karantin rejiminə tabe olmaması hər birimizə təhlükəni yaxınlaşdırır, bizi təhdid edir. Bildirilir ki, hər bir vətəndaş anlamalıdır ki, hakimiyyətin məhdudlaşdırıcı addımları bizim azadlığımızı boğmaq, məhdudlaşdırmaq üçün deyil, bizi, ölkəni, insanlığı qorumaq üçündür. 

İyunun 8-də Azərbaycanda 323 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.  COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 5  nəfər vəfat edib. Hazırkı dövrədək Azərbaycanda 7 876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 377 nəfər müalicə olunaraq sağalıb, 93 nəfər vəfat edib, 3 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 342 min 391 test aparılıb.

Əhməd Qəşəmoğlu: "Toyların bu cür keçirilməsi bizim utancımızdır ...

"Yeni Müsavat”a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, xalqın taleyi üçün əhəmiyyət daşıyan məsələlərdə ilk növbədə ciddi maarifləndirmə işi aparılmalıdır: "Əgər bu maarifləndirmə işi də əhaliyə təsir etmirsə, o zaman inzibati metodlar qaçılmazdır. Yəni ortada xalqın taleyi varsa, əvvəl maarifləndirmə aparılır, sonra isə inzibati metod tətbiq edilir. İndiki vaxtda bizim cəmiyyətdə maarifləndirmə deyəndə 50 il öncəki metodlar nəzərdə tutulur. Lakin indiki dövrün maarifləndirmə metodu tam başqadır və bu, əhalinin xüsusiyyətlərini nəzərə alaraq qurulmalıdır. Elə bir maarifləndirmə olmalıdır ki, bu, əhalinin daxili potensialını hərəkətə gətirmiş olsun. Elmi təminatlı maarifləndirmə haqqında bizdə təsəvvür yoxdur. Tövsiyələrə isə camaat qulaq asmır. İndiki zamanda əhalini qorumaq üçün addımlar atılır, qərarlar verilir. Lakin insanların pandemiya dönəmində davranışları heç də xoşagələn deyil. Koronavirusla bağlı bütün dünya həyəcan içərisindədir.

Azərbaycanda koronavirus şübhəsi ilə karantində olanların sayı ...

Bizdə də məhdudiyyətlər qoyulur, xəbərdarlıqlar edilir ki, çölə çıxan zaman ehtiyatlı olun, bir-birinizi qoruyun, məsafə saxlayın. Lakin insanlar buna lağla baxırlar. Küçədə sosioloq olaraq soruşuram ki, niyə maska taxmırsınız? Mənə cavab verirlər ki, bu, bir oyundur və inanmaq lazım deyil. Bəzi insanlar hələ də indiki vaxtda sağa-sola tüpürərək gəzirlər. Avtobusda, mağazalarda camaat yenə də nəfəs-nəfəsə gəzir. Belə yerlərdə isə inzibati metodlar işə düşür. İnzibati metodların özü də qanun çərçivəsində, xüsusi qaydada olmalıdır. Doğrudan da son hadisələrdə mən polisə zibil atanları gördüm və təəssüf hissi keçirdim. Nəyə etiraz edirsiniz? Sizə deyilib ki, evdən çıxmayın və çıxırsınız. Bu, siyasi aksiya, iqtisadi qərar deyil. Qərar insanların özlərini qorumaq üçündür. Çünki bir nəfər virusu 100 nəfərə də yaya bilir və bu, həndəsi silsilə ilə bütün ölkəyə yayıla bilər. Məhz buna görə də məhdudiyyət qoyulub ki, özünü və ətrafını qoru. Ancaq buna insanlar məhəl qoymurlar. Təbii ki, son hadisələrdə bəzi polislərin də davranışı alqışlanası deyil. Onlar da doğru etməyib, insanları təhqir ediblər və cəzalandırılıblar”.
 
///musavat.com

OXŞAR XƏBƏRLƏR