Azərbaycanda koronavirus testindən keçənlərin sayı açıqlandı

SAĞLAMLIQ
23:24 04.04.2020
1680
Azərbaycanda koronavirusla bağlı 4 aprel tarixinə olan göstəricilər açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"ya verilən məlumata görə, indiyədək ölkədə 41 673 test aparılıb.

Son sutkada aparılan test sayı isə 3 806-ya bərabərdir. Aparılan testlərdən 78-nin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, ölkədə indiyədək 521 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri dünyasını dəyişib. Aktiv xəstələrin sayı isə 484-dür.

OXŞAR XƏBƏRLƏR