Azərbaycanda koronavirusa qarşı vaksin olunanların sayı AÇIQLANDI

SAĞLAMLIQ
18:11 29.08.2021
1291
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 92 948 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 922, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 026 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 687 806, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 042 976, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 644 830 təşkil edir.

OXŞAR XƏBƏRLƏR