Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 14-nə olan statistik göstəriciləri açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 4255 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 136 nəfər reanimasiyada, 28 nəfər isə süni tənəffüs cihazındadır.
Qeyd olunub ki, bu gün 6087 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 381 846 test aparılıb.
Xatırladaq ki, bu gün Azərbaycanda daha 387 nəfər koronavirusa yoluxub, 274 nəfər sağalıb, 4 nəfər isə vəfat edib. Ölkədə indiyədək 9957 nəfər koronavirusa yoluxub, onlardan 5583-ü sağalıb, 119-u vəfat edib.