Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşir - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşir - Əhaliyə XƏBƏRDARLIQ
SOSİAL
10:04 01.12.2020
5749
"Ölkəmizdə mövcud vəziyyət ondan ibarətdir ki, yoluxma hallarının sayında artım tendensiyası davam etməkdədir. Görülən tədbirlərin effektivliyi əhalinin nə dərəcədə qaydalara əməl etməsindən çox asılıdır”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, insanların xəstələnərkən müraciət etməmələri və özlərini təcrid etməmələri kimi faktorlar vəziyyəti bir qədər də pisləşdirir:

"Özünümüalicə bir tərəfdən xəstənin vəziyyətinin ağırlaşmasına, fəsadlaşmaya yol açır, digər tərəfdən isə infeksiyanın yayılmasına gətirib çıxarır. Mövsümlə əlaqədar olaraq kəskin respirator virus infeksiyalarının sayında artım bu məsələni bir qədər də çətinləşdirir. Çünki bu infeksiyaların ilkin klinik əlamətləri yeni koronavirus infeksiyasının əlamətləri ilə oxşarlıq təşkil edir. Bunları bir-birindən ayırmaq çətindir, bunu yalnız həkim-mütəxəssis etməlidir.

Yəni əgər şəxs xəstəliyin ilk günlərində yaranmış yüngül əlamətlərə bir o qədər də fikir verməyərək, bunun adi soyuqdəymə olduğunu düşünür, özünü təcrid etmədiyi üçün infeksiyanı ətrafına yayır”.

"Buna görə də özündə hərarət, əzginlik, zəiflik, kataral əlamətlər və sair hiss edən şəxs mütləq poliklinikaya müraciət etməlidir. Yəni ilk gündən ən azı həkim nəzarətində olmalıdır. Bununla yanaşı, özünü evdə qalarkən təcrid etməli, maska geyinməli və digər ailə üzvlərinin də buna riayət etmələrinə nail olmalıdır.

Hər bir kəs özünü qorumalıdır. Qoruyucu qaydalara ciddi və düzgün əməl etməklə yanaşı, öz gündəlik işlərini elə qurmalıdır ki, lüzumsuz təmaslar olmasın”, - deyə baş infeksionist qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı