Çingiz Qurbanov vəzifəsindən azad edildi

Çingiz Qurbanov vəzifəsindən azad edildi
SOSİAL
12:47 14.07.2026
293
Çingiz Qurbanov "Azərpoçt" MMC-dəki vəzifəsindən azad edilib.

AZCON Holdinq şirkətlərindən olan "Azərpoçt" MMC-nin idarə heyətinin üzvü, qurumun Baş maliyyə direktoru Çingiz Qurbanov işdən çıxıb.

Xatırladaq ki, Ç.Qurbanov 2023-cü ilin dekabr ayında "Azəpoçt”un Baş maliyyə direktoru təyin edilib. 2024-cü ilin sentyabr ayından isə, şirkətin İdarə heyətinin üzvü olub.

Qeyd edək ki, bu ilin aprel ayında "Azərpoçt"un İdarə heyətinin sədri İsi Mustafayev vəzifəsindən ayrılıb. Onun yerinə Manaf Babayev sədr təyin edilib. İ.Mustafayevdən sonra onun müavini Xəyyam Əlizadə də vəzifəsindən ayrılıb. 
OXŞAR XƏBƏRLƏR