Azərbaycanda körpənin üstünə darvaza aşdı

Azərbaycanda körpənin üstünə darvaza aşdı
Bütün Xəbərlər
11:37 18.08.2014
1142
Valideyn ehtiyatsızlığı az qalsın faciə ilə nəticələnəcəkdi.
AZXEBER.COM-un Kanal S-ə istinadən verdiyi məlumata görə, Şamaxıda 3 yaşlı uşağın üzərinə dəmir darvaza düşüb.
Sözü gedən hadisə Şamaxı şəhər Bakı küçəsində qeydə alınıb. 2011-ci il təvəllüdlü Piriyeva Xədicə Mətləb qızı həyətdə oynayarkən dəmir darvaza üzərinə aşıb. Nəzarətsiz buraxılan uşaq bir anda qəzanın qurbanına çevrilib.
Ağır dəmir parçasının altında qalan uşağın səsinə yaxınlıqda olan insanlar gəliblər. 3 yaşlı Xədicə ağır kəllə-beyin travması alıb. O, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR