Azərbaycanda magistral qaz kəmərində partlayış oldu

Azərbaycanda magistral qaz kəmərində partlayış oldu
Bütün Xəbərlər
11:31 14.04.2012
1124

Şamaxı rayonun ərazisində Mozdok-Qazıməmməd magistral qaz kəmərindəki yanğın söndürülüb.

Azərbaycanın Şamaxı rayonunda Altıağac-Ağsu magistral qaz xətti ilə qazın verilməsi yaxın vaxtlarda bərpa ediləcək. Bu barədə Trend-ə ARDNŞ-ni "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. "Cümə günü saat 22:50-də Altıağac-Ağsu magistral qaz xəttində sızma və sonradan yanğın baş verib. Görülən tədbirlər nəticəsində kəmərlə qaz nəqli dayandırılaraq, yanğın söndürülüb. Hadisə nəticəsində Xızı rayonunun Altıağac qəsəbəsinə mavi yanacağın verilişi dayandırılıb. "Hazırda alternativ magistral kəmərlə qaz nəql olunur. Qəza-bərpa işləri başa çatana qədər Altıağac qəsəbəsi qazsız qalacaq. Respublikanın digər yaşayış məntəqələrinin qazla təchizatında heç bir problem yoxdur", - məlumatda deylir. Hadisə yerinə gələn mütəxəssislər onun səbəbini araşdırırlar.

OXŞAR XƏBƏRLƏR