Azərbaycanda məişət zorakılığı ilə bağlı Məlumat Bankı yaradılır

Azərbaycanda məişət zorakılığı ilə bağlı Məlumat Bankı yaradılır
Bütün Xəbərlər
13:50 18.11.2014
774
“Azərbaycanda məişət zorakılığı ilə bağlı Məlumat Bankı yaradılır. Nazirlər Kabinetinin qərarına əsasən yaradılacaq Bankın reallaşdırılması istiqamətində hazırda iş aparılır”.
Bu barədə AZXEBER.COM-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, reallaşdırılacaq sistemdə məişət zorakılğına məruz qalmış qurbanlarla bağlı statistik məlumatlar yerləşdiriləcək. Bu məlumatlar Daxili İşlər Nazirliyi və müvafiq icra strukturlarından alınan informasiyalar əsasında hazırlanacaq.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, Məlumat Bankı onlayn systemdə yaradılır. Yaxın zamanlarda Məlumat Bankının fəaliyyətə başlaması ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Məslənin mahiyyətində nə dayanır?
Sözügedən məsələ ilə bağlı komitədən bildirdilər ki, bu işin reallaşdırılmasında məqsəd statistik məlumatların toplanması ilə yanaşı, eyni zamanda, zorakılıq hallarının hansı səbəblərdən yaranması, baş verməsi, törənmə səbəblərinin də araşdırılmasıdır. Statistikanın toplanması ilə yanaşı həm də bu problemlərin aradan qaldırılması istiqamətində də işlər aparılacaq.
Azxeber.com
OXŞAR XƏBƏRLƏR