Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanıb

Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanıb
Bütün Xəbərlər
14:54 27.08.2015
1520

Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanıb.

AZXƏBƏR.COM qafqazinfoya istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, paytaxtda yerləşən 55 saylı orta məktəbin direktoru olmuş, 1960-cı il təvəllüdlü Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub.

55 saylı orta məktəbdən bildirilib ki, V. Dəmirov may ayından işə çıxmır. Onun tutduğu vəzifədən azad olunması barədə əmrin olub-olmadığı məlum deyil.

Hazırda polis V. Dəmirovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

OXŞAR XƏBƏRLƏR