Azərbaycanda məktəb direktoru faciəli şəkildə öldü

Azərbaycanda məktəb direktoru faciəli şəkildə öldü
SOSİAL
15:21 20.01.2022
680
Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a məlumat verilib.

Məlumata görə, rayonun Qum kəndi ərazisində Məhəmməd Xəlilovun idarə etdiyi "Mercedes” və Təbriz Məmmədovun idarə etdiyi "Ford” markalı avtomobillər toqquşub.

Nəticədə "Mercedes”də olan sərnişinlərdən rayon sakini Dilafət Xəlilova aldığı xəsarətlərdən xəstəxanada ölüb, bacısı İradə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, oxu.az-ın əldə etdiyi məlumata görə, ölən şəxs Lələli kənd tam orta məktəbinin direktorudur.
OXŞAR XƏBƏRLƏR