Azərbaycanda məktəbdə mina tapıldı - FOTOLAR

Azərbaycanda məktəbdə mina tapıldı -  FOTOLAR
Bütün Xəbərlər
16:49 14.04.2014
881
Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Məzəm kəndində yeni məktəb inşa olunur. 
Məktəbin həyətində su hovuzu inşaasına başlamaq istədikləri zaman inşaatçılara sakinlər həmin ərazidə piyadalar əleyhinə mina olduğunu deyiblər. Bu barədə kənd sakinləri ANAMA-ya yazılı müraciət ediblər.
Milli.Az bildirir ki, sakinlərin müraciətinə əsasən, bu gün ANAMA-dan olan qrup deyilən ərazidən OZM-72 tipli döyüş sursatını aşkar ediblər. Mina torpaqdan çıxarılaraq zərərsizləşdirilib. Bununla da həm müəllim və şagirdlər, həm də inşaatçılar böyük bir təhlükədən xilas olublar. Hal-hazırda həmin ərazidə axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR