Azərbaycanda məktəblilərlə bağlı yeni təklif

Azərbaycanda məktəblilərlə bağlı yeni təklif
Bütün Xəbərlər
12:22 28.12.2012
856

Bunu TPİ-nin direktoru Abdulla Mehrabov deyib.

Onun sözlərinə görə, bu təklif Təhsil Nazirliyinin sifarişi ilə "Beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin vəziyyəti və yaxşılaşdırılmasının istiqamətləri" üzrə apardığı tədqiqatlar nəticəsində hazırlanıb. Mehrabov deyib ki, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin sayı azdır. Buna görə də məktəblərdə uşaqların məktəbəhazırlığı üçün kiçik qruplar təşkil olunmalıdır. Bu qruplarda uşaqların məktəbə hazırlığı üçün az müddətə müəyyən tədbirlər həyata keçirilməlidir. Belə qruplar məktəblərdə dərsdən sonra, 5 günlük tədris həftəsi ilə işləyən orta məktəblərdə VI gün, yaxud məktəblərin yay tətili müddətində təşkil oluna bilər. "Burada söhbət uşağın əlifbanı öyrənməsindən deyil, onun psixoloji, fizioloji durumunun hazırlığından gedir. Dünyada elə ölkə var ki, orada 5 yaşlıların məktəb hazırlığı 85-90 faiz təmin olunub. İsraildə 5 yaşlılar məktəbəhazırlıq keçmirsə, I sinfə qəbul oluna bilməzlər", - Mehrabov bildirib. O qeyd edib ki, Azərbaycanda da uşaqlar məktəb hazırlığı keçməli, bundan sonra I sinfə qəbul olunmalıdırlar. Bunun üçün də dövlət səviyyəsində belə qruplar təşkil edilməlidir. Ancaq əgər uşağın məktəbə hazırlıq keçməsi mümkün olmasa, bu halda da o, I sinfə qəbul olunmalıdır. Çünki Azərbaycan Konstitusiyasına görə, ölkədə bütün uşaqlar 6 yaşından təhsilə cəlb olunmalıdır. Mehrabov təklif edir ki, bəzi məktəblərdə təşkil olunan I siniflərin sayı çox olur. Həmin siniflərə məktəbə uşaq bağçasından, məktəbə hazırlıq qrupundan və heç bir hazırlıq keçmədən gələn uşaqlar daxil edilir. Buna görə də məktəblərdə I sinfi formalaşdırarkən bu uşaqların seçimi aparılmalıdır. "Məktəb təliminə keçməyən uşaqlar bir qrupda cəmləşdirilməlidir. Onlara təhkim olunmuş müəllim eyni zamanda uşaqların psixoloji durumunu tədqiq etməlidir. Uşaq getdikcə fəalllaşdıqca həmin qrupdan başqa qruplara keçirilməlidir", - o, əlavə edib.

Trend

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliyada təyyarə yaşayış binasına çırpılıb
05:29 04.04.2026
Braziliyada təyyarə yaşayış binasına çırpılıb
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
03:20 04.04.2026
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
02:46 04.04.2026
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
01:04 04.04.2026
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
00:42 04.04.2026
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
00:20 04.04.2026
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
NDU-da yeni təyinat
23:55 03.04.2026
NDU-da yeni təyinat
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
23:48 03.04.2026
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
23:42 03.04.2026
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
23:39 03.04.2026
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
23:29 03.04.2026
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
23:24 03.04.2026
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
23:20 03.04.2026
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
23:07 03.04.2026
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
Bu avtobuslar ləngiyə bilər
22:59 03.04.2026
Bu avtobuslar ləngiyə bilər
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
22:41 03.04.2026
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert