Azərbaycanda məsciddə intihar oldu

Azərbaycanda məsciddə intihar oldu
Bütün Xəbərlər
12:34 08.12.2011
2041
Azərbaycanın Saatlı rayonunda intihar hadisəsi baş verib. Saatlı rayon prokurorunun böyük köməkçisi Əlimirzə Qulam oğlu Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, dünən saat 19:00 radələrində rayonun Varxan kənd qəbiristanlığında yerləşən məsciddə 42 yaşlı Cahangir Cahanşah oğlu Quliyevin asılmış halda meyidi tapılıb. İlkin ehtimala görə, mərhum intihar edib.Cahangiz Quliyev Bakı şəhərində yaşayırmış. O, Sabirabada qohumlarının evinə qonaq gedib. Meyit müayinə üçün morqa götürüldü. Hazırda ölümün səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR