Türkiyə 1 noyabrda təkrar seçimə hazırlaşır. Ölkənin dörd bir tərəfində seçki hazırlıqları davam edir. Türkiyədə keçirilən seçkilərə
Azərbaycanda uzun illərdən bəri çalışan iş adamlarından Hüseyn Büyükfırat da dəstəyini verib.
Belə ki, Şanlı Urfadan hakim AK Partiyanın 1-ci namizədi olan sabiq nazir Faruk Çelikin ilk seçki bürosunu Büyükfırat açıb.
Urfanın Əyyubiyyə rayonunda, Qızılay İş Mərkəzində açılan seçim bürosu şəhərin mərkəzində yerləşir. AK Partiya namizədlərinin seçicilərə təqdim edildiyi mərasimi keçmiş nazir Faruk Çelik açıb.
AK Partiya Şanlı Urfa Şəhər Şöbəsinin sədri Zeynəlabidin Bəyazgülün də qatıldığı mərasimdə “Büyükfırat” Restoranlar Şəbəkəsinin sahibi Hüseyn Büyükfırata verdiyi dəstəyə görə, təşəkkür edilib.
İnsan selinin axdığı mərasimə Çelik Hüseyn Büyükfıratla birlikdə gəlib və onunla meydandan ayrılıb.