Azərbaycanda Mətanət əleyhinə kampaniya başladı

Azərbaycanda Mətanət əleyhinə kampaniya başladı
Bütün Xəbərlər
17:02 21.05.2015
14342
Xəbər verdiyimiz kimi, ATV-də yayımlanan "Gündəlik" verilişinin aparıcısı Mətanət Əliverdiyeva canlı yayımda Azərbaycan xalqını təhqir edib.
AZXEBER.COM xəbər verir ki, “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözlərini deyən Mətanətə etiraz olaraq sosial şəbəkələrdə kampaniya başlanıb.
"Facebook"da yayılan "event"də yazılıb: "Mətanət Əliverdiyeva ATV kanalında Mətanətlə Gündəlik verlişində Azərbaycan xalqının faciəsini külək film idi baxdıq keçdik deyə qiymətləndirib.Faciənin elə böyük olmadığını deməklə ölənlərin ailəsinə sayqısızlıq göstərdiyinə görə dərhal işdən azad edilsin! İşlətdiyi sözlərə görə Azərbaycan xalqından üzr istəsin!"
Bu "event"ə bir neçə saat ıçində yüzlərlə insan qoşulub. Bütün böyük səhifələrdə və qruplarda "event" paylaşılıb.
Qeyd edək ki, ATV kanalı bu videoya görə aparıcını deyil, internet mediasını suçlayıb.
OXŞAR XƏBƏRLƏR