Siyəzən rayonunun Gilgilçay qəsəbəsinin kənd orta məktəbinin müəlliməsi öz şagirdinə xəsarət yetirib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, əmək təlimi dərsi zamanı müəllimə Elnarə Paşayeva VIII sinif şagirdi Məhəmməd Məmmədovu nazik dəmir parçası ilə vuraraq, onun sol gözünə xəsarət yetirib. Aldığı zərbədən məktəb şagirdinin gözü göyərib. Şagirdə Siyəzən regional müalicə diaqnostika mərkəzində tibbi yardım göstərilib. Qeyd edək ki, hadisə ilə bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb.