Azərbaycanda müştərilər restoranda hesab çox gəldiyi üçün administratoru döydü

Azərbaycanda müştərilər restoranda hesab çox gəldiyi üçün administratoru döydü
SOSİAL
14:51 28.01.2020
3093
Sumqayıt şəhərində yerləşən "Türkan” restoranında müştərilər və iaşə müəssisəsinin administratoru arasında dava düşüb.

AZXEBER.COM "Report”a istinadla xəbər verir ki, 4 nəfər müştəri hesabın çox olduğunu deyib. Obyektin ofisiantı bununla razılaşmayaraq administratoru çağırıb.
Mübahisə administratorla da davam edib. Bu zaman həmin müştərilər restoranın administratoru Rafiq Muradovu döyüblər.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR