Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların sayı

SOSİAL
10:28 21.08.2019
2575
2019-cu ilin yanvar - iyun ayları ərzində Azərbaycanda qeydə alınmış 13 534 cinayət hadisəsinin 2472-si və ya 18,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, həmin cinayətlərin 59,6 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,2 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 5,7 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,4 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər, 0,1 faizini isə digər cinayətlər təşkil edib.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1674 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub.

Cinayət törətmiş şəxslərin 68,2 faizini heç yerdə işləməyən və oxumayanlar, 24,6 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törədənlərin 0,3 faizi yetkinlik yaşına çatmayanlar, 7,8 faizi 18-24 yaşlı, 15,1 faizi 25-29 yaşlı gənclər, 76,8 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

2019-cu ilin yanvar-iyun aylarında müsadirə edilmiş 1528,5 kiloqram narkotik maddələrin 746,3 kiloqramını heroin, 518,7 kiloqramını marixuana, 195,9 kiloqramını tiryək, 9,1 kiloqramını həşiş, həşiş yağı və qətranı, 58,5 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:08 07.08.2020

Hikmət Hacıyevin müsahibəsi bir sıra ölkələrin qəzet və xəbər saytlarında dərc edilib - FOTO

23:43 06.08.2020

Rusiyada koronavirus preparatı patentləşdirildi

23:09 06.08.2020

Türkiyədə son sutkada koronavirusdan 14 nəfər ölüb

22:40 06.08.2020

Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-nin virtual əməkdaşlıq şəbəkəsi qurulacaq

22:23 06.08.2020

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

22:00 06.08.2020

“Kapitan Nağdəliyev” gəmisinin mexaniki: “Palmali” bir ilə yaxındır ki maaşımızı ödəmir

21:54 06.08.2020

Fransada silahlı şəxs bir neçə nəfəri girov götürüb

21:23 06.08.2020

Ermənistana məxsus daha bir PUA məhv edildi

20:35 06.08.2020

Ceyhun Bayramov Aİ rəsmisini Ermənistanın təxribatı barədə məlumatlandırıb

20:15 06.08.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlanıb

20:01 06.08.2020

Polislər Buzovnada və Dənizkənarı Milli Parkda üç nəfəri boğulmaqdan xilas etdilər - FOTO

19:41 06.08.2020

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

19:14 06.08.2020

“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”

19:07 06.08.2020

Bakının bəzi küçə və prospektlərində tıxac var - FOTO

18:55 06.08.2020

Almaniya və Fransada rekord göstərici

18:37 06.08.2020

Daha bir kafenin sahibi və müştəriləri cərimələndi - FOTO

X Mostbet