Azərbaycanda nazirin qızı məhkəmədə uduzdu - FOTOLAR

Azərbaycanda nazirin qızı məhkəmədə uduzdu -  FOTOLAR
Bütün Xəbərlər
22:00 24.12.2014
6184

Nazir qızının məhkəməyə müraciət etməsinə səbəb idarədən texniki pasportun verilməsi ilə bağlıdır

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsini məhkəməyə verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə AzVision.az-a Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib. Nazir qızının məhkəməyə müraciət etməsinə səbəb idarədən texniki pasportun verilməsi ilə bağlıdır.

Məhkəminin ilk iclası hakim Elşanə Vəliyevanın sədrliyi ilə dekabrın 3-də keçirilib və həmin iclas təxirə salınıb.

Növbəti iclas dekabrın 10-da keçirilib. İclasın sonunda S.Qarayevanın tələbi təmin edilməyib.

Qeyd edək ki, Rusiya, Qafqaz və Mərkəzi Asiya ölkələrinin incəsənəti üzrə ixtisaslaşan yazıçı və kurator Suad Qarayeva mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin yeganə qızıdır. Suad Qarayeva Londonda iqtisadiyyat üzrə bakalavr, fəlsəfə və dövlət siyasəti üzrə magistr təhsili alıb.

OXŞAR XƏBƏRLƏR