Azərbaycanda neçə uşaq məktəbə gedəcək? – NAZİRDƏN AÇIQLAMA

Azərbaycanda neçə uşaq məktəbə gedəcək? – NAZİRDƏN AÇIQLAMA
SOSİAL
15:15 14.09.2026
195
Qarşıdan gələn tədris ilində Azərbaycanda 2,2 milyon nəfərin təhsil alacağı gözlənilir.

AZXEBER.COM xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransı zamanı deyib.

Nazirin sözlərinə görə, onların 1,6 milyonu ümumi təhsil müəssisələrində, 260 mini ali təhsil müəssisələrində, 226 mini məktəbəqədər təhsil müəssisələrində, 64 mini orta ixtisas təhsili müəssisələrində, 44 mini isə peşə təhsili müəssisələrində təhsil alacaq.

Qeyd olunub ki, yeni tədris ilində 124 min şagird birinci sinfə başlayacaq.

Şahanə
OXŞAR XƏBƏRLƏR