Azərbaycanda oğlanı qıza görə döyüb gözünü kor elədilər

Azərbaycanda oğlanı qıza görə döyüb gözünü kor elədilər
SOSİAL
12:57 01.09.2017
1775

Şəmkirin Qaracəmli kəndində sevgilisinə görə başqa şəxs tərəfindən döyülən gənc kor olub.

 

AZXEBER.COM BakuPost.az-a istinadən xəbər verir ki, bu barədə zərərçəkmiş Elnur Həsənovun atası Eldar Həsənov məlumat verib. O bildirib ki, oğlu 2 ay əvvəl dostları ilə söhbət etdiyi vaxt həmkəndlisi, 37 yaşlı Turan İbrahimov qırmızı "VAZ 21 011” markalı avtomobillə ona yaxınlaşıb. T. İbrahimov E. Həsənovu aldadaraq, dostlarının yanından uzaqlaşdırıb və kənddən çıxarıb: "Turan kənddən uzaqlaşdıqdan sonra oğluma deyib ki, sən mənim dostumun sevdiyi qızın şəkillərini yaymısan, buna görə cavab verəcəksən. Elnur da nədən söhbət getdiyini bilmədiyini, heç kimin şəklini yaymadığını deyib. Turan ona deyib ki, düş maşından danışaq. Oğlum maşından çölə çıxan kimi İsa Xəlilzadə adlı gənc beyzbol ağacı ilə onun ayağından vurub. Bundan sonra Turan oğlumu tutub ki, İ. Xəlilzadəyə müqavimət göstərə bilməsin. 20 yaşlı İsa əlindəki ağacla oğlumun göz nahiyəsindən də vurub və hadisə yerindən qaçıb”.

 

Elnur Həsənov onu xəstəxanaya çatdırması üçün T. İbrahimova yalvarıb, lakin yalvarışları nəticəsiz qalıb. T İbrahimov onu evinə gətirərək, ata-anasına daşla vurulduğunu deyib: "Bizi də aldatdı. Sonra bildik həqiqəti. Hadisəylə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdik”.

 

Hadisədə təqsirli bilinən İ. Xəlilzadə saxlanılıb. Lakin Elnur Həsənovun ailəsi Turan İbrahimovun da saxlanılmasını tələb edir.

 

Eldar Həsənov hesab edir ki, T. İbrahimov bu işdə vasitəçi olduğu üçün, o da ittiham edilməlidir: "Turan İbrahimovla bağlı bütün aidiyyəti qurumlara müraciətlər etmişəm. 37 yaşlı Turan oğlumu ora aparmasaydı, bu hadisə də baş verməzdi. Amma Turanı istintaqdan kənar saxlayıblar. Qızın ailəsi də həmin şəxslərin cəzalandırılmasını istəyir”.

 

Zərərçəkənin atası oğlu Elnurla kənddəki Gülnaz Ağayeva (ad şərtidir – red.) arasında sevgi münasibəti olduğunu təsdiq edib: "Oğlumla o qız bir-birini sevir. Qız öz şəkillərini oğluma göndərib. Oğlum isə şəkillər olan flash kartı itirib. Tapan oğlan da qızın şəkillərini yayıb. O oğlan da tapılıb və ifadəsi alınıb. Amma istintaq şəkilləri oğlumun yaydığını sübut etməyə çalışır. Hətta Gülnazı da məcbur ediblər ki, şəkillərini Elnurun yaydığını desin. İsa Xəlilzadənin bu hadisəni törətməsinə səbəb isə Gülnazı sevməsidir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
11:38 12.09.2025
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
11:34 12.09.2025
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı