Azərbaycanda oğluna narkotik daşıyan ata saxlanıldı

Azərbaycanda oğluna narkotik daşıyan ata saxlanıldı
Bütün Xəbərlər
17:43 25.12.2014
693
Mürəbbədən heroin çıxdı.
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları oğluna narkotik daşıyan atanın cinayətinin üstünü açıblar.
AZXEBER.COM  xəbər verir ki, hadisə 15 saylı cəzaçəkmə müəssisəsində baş verib.
Belə ki, Azərbaycanın Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) məhkum olunmuş oğlu Rauf Hüseynovun ziyarətinə gələn ata Nüsrət Hüseynovun gətirdiyi sovqata baxış keçirilib.
Məlum olub ki, atanın oğlu üçün gətirdiyi gilənar mürəbbəsi heç də adi mürəbbələrdən deyil. Belə ki, Penitensiar xidmətin əməkdaşları gətirilən mürəbbənin içərisindən 6 ədəd bükülüdə xalis çəkisi 0,811 qram olan narkotik vasitə - heroin, 0, 685 qram narkotik vasitə - tiryək və 0,2 qram narkotik vasitə - marixuana aşkar ediblər.
Fakt üzrə araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR