Azərbaycanda onlayn seks-şop açıldı - FOTOLAR

Azərbaycanda onlayn seks-şop açıldı - FOTOLAR
Bütün Xəbərlər
13:09 12.10.2015
13083

Bakıda ilk dəfə onlayn xidmət göstərən seks-şop açılıb.

Seks-şop öz fəaliyyətini Facebook sosial şəbəkəsi üzərindən həyata keçirir.

Belə ki, xüsusi olaraq yaradılmş səhifədə bildirilir ki, intim oyuncaqlar sifariş verdikdən sonra 3-4 həftəyə kuryer vasitəsi ilə evə çatdırılır. Bu zaman sifarişçi özü barəsində məlumatları da qeyd etməlidir.

Onu da xatırladaq ki, Bakıda seks-şopun açılması ilə bağlı məsələ ötən il qaldırılmışdı. Almaniyanın "Fun Factory GmbH" şirkəti bu işi həyata keçirməyi planlaşdırsa da, sonradan heç bir nəticə olmadı.

Səbəb kimi Azərbaycan əhalisinin belə bir mağazanın yaradılmasına qarşı kəskin reaksiyası oldu, əhali bu tipli məhsulların satışının həyata keçirilməsini milli-mənəvi dəyərlərimizə zidd addım kimi qiymətləndirmişdi.

Qeyd edək ki, oxu.az bununla bağlı Bakıda sorğu keçirdmişdi. VətəndaşlarBakıda seks-şopun açılmasına etiraz etmişdi. (oxu.az)

OXŞAR XƏBƏRLƏR