Azərbaycanda orta məktəbdən qumbara tapıldı

Azərbaycanda orta məktəbdən qumbara tapıldı
Bütün Xəbərlər
12:55 13.06.2014
657
Azərbaycanda orta məktəbdən döyüş sursatı tapılıb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Lənkəran rayonunun Səpnəkəran kənd orta məktəbinin istifadə edilməyən sanitar qovşağına baxış zamanı məktəbin balansında olan, hərbi dərslərin keçirilməsində istifadə üçün nəzərdə tutulmuş 2 ədəd təlim və 1 ədəd döyüş qumbaraları aşkar edilib.
Döyüş qumbarası və 1 ədəd qumbara alışdırıcısı təhlükə yaratdığından, Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR