Azərbaycanda oğul anasını yemək üstündə bıçaqladı

Azərbaycanda oğul anasını yemək üstündə bıçaqladı
Bütün Xəbərlər
00:18 26.08.2011
2155

Abşeron rayonunun Xırdalan şəhərində avqustun 23-də məişət münaqişəsi zəminində 1990-cı il təvəllüdlü Hüseynov Samir Namiq oğlu anasını, 1973-cü il təvəllüdlü Hüseynova Sevda Ələddin qızını bıçaqlayıb. Bu barədə ANS-ə Abşeron RPŞ-nin müstəntiqi Məhəmməd Tağıyev bildirib. 21 yaşlı Samir Hüseynov onu həyata gətirib min bir əzab-əziyyətlə böyüdüb boya-başa çatdıran anası Sevda xanımı həyatdan məhrum etməyə cəhd göstərib. Amma oğulun istəyi həyata keçməyib. Belə ki, Samirin vurduğu bıçaq zərbəsi ağır olsa da, ananın həyatını xilas etmək mümkün olub. Samir anasını yemək üstündə yaranan mübahisə zəminində bıçaqlayıb. Hadisə günü Sevda Hüseynova oğluna həyat yoldaşı ilə birlikdə ailənin digər üzvlərindən gizlincə şam etməsini irad tutub. Bu isə sonda Samirin bıçağa əl atması ilə nəticələnib. «İki nəfərlik yemək var idi. Dedim yoldaşımla otaqda ayrıca yeyim. Qapını açdı, soruşdu biz adam deyilik, tək niyə yeyirsiniz? Sözləşdik. Dedi ki, arvadını, uşağını da götür çıx evdən. Mən də əsəbləşdim vurdum», - deyə cinayətkar oğul Samir Hüseynov vurğulayıb. Anasını bıçaqlayan oğul bir müddət əvvəl ailə həyatı qurub və bu ilin iyul ayında övladı dünyaya gəlib. Həyat yoldaşı uşaq saxlamaq sahəsində təcrübəsiz olduğundan Samir Hüseynov bir müddət imiş ki, yoldaşı ilə birlikdə anası evində qalırmış. Hadisədən sonra az da olsa vicdanı sızlayan Samir Hüseynov anasını Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırıb. Polislər onu elə xəstəxananın həyətində həbs edərək şöbəyə gətiriblər. Faktla bağlı Samir Hüseynov barəsində Abşeron rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1 “Qəsdən sağlamlığa ağır xəsarət vurma” maddəsi ilə cinayət işi başlanılıb. Bir qarın yeməyi ana sevgisindən üstün tutan Samir Hüseynova yekun cəza isə məhkəmənin verəcəyi hökmdən sonra bəlli olacaq.

//Ans Tv

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
05:26 11.04.2026
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
04:13 11.04.2026
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
02:31 11.04.2026
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
01:45 11.04.2026
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
01:04 11.04.2026
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
00:48 11.04.2026
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
00:09 11.04.2026
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
00:06 11.04.2026
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
23:55 10.04.2026
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
23:46 10.04.2026
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
23:41 10.04.2026
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
23:25 10.04.2026
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
23:17 10.04.2026
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
23:12 10.04.2026
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
23:02 10.04.2026
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
22:49 10.04.2026
Ötən ay kanalda batan gəncin meyiti tapıldı