Astarada qətl hadisəsi baş verib.
11:23
İlkin araşdırmalarda, ailə başçısının doğma həyat yoldaşı tərəfindən qətlə yetirildiyi bildirilsə də, işin gedişatı zamanı məlum olub ki, ata öz doğma öğlu tərəfindən öldürülüb. Hadisənin ailə münaqişəsi zamanı baş verdiyi bildirilib. Hadisə ötən gün saat 19:00 radələrində rayonun Təngərüd kəndində qeydə alınıb. Astara rayonunun Maşxan kənd sakini, 47 yaşlı Mahir Əhmədovla, onun həyat yoldaşı, 43 yaşlı Gülbahar Əhmədova arasında yaranan münaqişə, ailə başçısının bıçaqla ağır yaralanması ilə nəticələnib. Yaralı dərhal Astara rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq Mahir Əhmədov Astara Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib. Meyit, daxili və xarici müayinə olunması üçün Lənkəran rayon məhkəmə-tibbi ekspertizasına aparılıb. Ekspertizadan sonra meyit ailəsinə təhvil verilib. Hadisə şahidləri deyir ki, ailədə ər və arvad arasında belə söz-söhbətlər olurdu. Bu da Mahirin evə içkili vəziyyətdə gəlməsindən sonra baş verirdi. Hadisə baş verən gün də Mahir evə içkili vəziyyətdə gəlib. Ərlə arvad arasında söz-söhbət yaranıb. Bu zaman Mahir mətbəxə keçib, oradan bıçaq götürərək yoldaşı Gülbaharın üstünə hücum çəkib. Dalaşma zamanı əlindəki bıçaqla Gülbaharın əlini kəsib. Evdə olan oğul, 22 yaşlı İlkin Əhmədov valideyinlərini sakitləşdirmək üçün onların arasına girib. Bu zaman hissləri ilə bacarmayan İlkin Əhmədov atasından bıçağı alıb, ona zərbə endirib. Evdəki qışqırığa, səs-küyə qonşular, qohumlar gəlib. Qeyd edək ki, Mahir Əhmədov rayonda stomatoloq işləyirdi və sakit bir insan kimi tanınırdı. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb, hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.
10:02
Ər öz həyat yoldaşı tərəfindən qətlə yetirilib. Bu barədə bölgə müxbirinə Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinin rəisiİqrar İmamverdiyevməlumat verib. Məlumata görə, hadisə ötən gün saat 19:00 radələrində rayonun Təngərüd kəndində qeydə alınıb. Astara rayonunun Maşxan kənd sakini, 47 yaşlı Mahir Əhmədovla, onun həyat yoldaşı, 43 yaşlı Gülbahar Əhmədova arasında yaranan münaqişə, ailə başçısının bıçaqla ağır yaralanması ilə nəticələnib. Yaralı dərhal Astara rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq Mahir Əhmədov Astara Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib. Meyit, daxili və xarici müayinə olunması üçün Lənkəran rayon məhkəmə-tibbi ekspertizasına aparılıb. Ekspertizadan sonra meyit ailəsinə təhvil verilib. Hadisə şahidləri deyir ki, ailədə ər və arvad arasında belə söz-söhbətlər olurdu. Bu da Mahirin evə içkili vəziyyətdə gəlməsindən sonra baş verirdi. Ötən gün də evdə baş verən səs-küyə elə ilk gələn qonşular, qohumlar olub. Qeyd edək ki, Mahir Əhmədov rayonda stomatoloq işləyib və sakit bir insan kimi tanınıb. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb, hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.