Azərbaycanda ov edən xarici ölkə vətəndaşları cəzalandırıldılar

Azərbaycanda ov edən xarici ölkə vətəndaşları cəzalandırıldılar
SOSİAL
12:53 17.01.2023
109
İmişli rayonu, Xələfli kəndi ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıblar.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov AZXEBER.COM-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Yəmən vətəndaşı Al-Jaberı Mohammed Othman Hasan Munef və ABŞ vətəndaşı Al Saraj Hamad olduğu müəyyən edilib.

"Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - deyə xidmət rəsmisi bildirib.
OXŞAR XƏBƏRLƏR