Azərbaycanda ov mövsümü açıldı

Azərbaycanda ov mövsümü açıldı
Bütün Xəbərlər
10:17 01.06.2013
2500

Bu gündən etibarən Azərbaycan ərazisində 2013-2014-cü illərin ov mövsümü açıq elan edilib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti məlumat yayıb.Məlumata görə, Azərbaycan 2013-2014-cü illərin ov mövsümündə vəhşi heyvanların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilib:Təkə - 01 iyun-19 oktyabr 2013-cü il1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)Qaban (çöl donuzu) - 14 sentyabr-21 dekabr 2013-cü il1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)Dovşan - 09 noyabr 2013-cü il-11 yanvar 2014-cü il2 başBataqlıq qunduzu (nutriya) - 12 oktyabr 2013-cü il-22 fevral 2014-cü il(volyerlərdə saxlamaq üçün, eləcə də nutriya təsərrüfatları olan təşkilatlar üçün).Bununla əlaqədar vətəndaşları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinə müraciət oluna bilər.

OXŞAR XƏBƏRLƏR