Azərbaycanda parçalanan uşaq barədə yeni xəbər

Azərbaycanda parçalanan uşaq barədə yeni xəbər
Bütün Xəbərlər
12:51 15.06.2015
4247
Masallıda 12 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
 Masallı rayon Prokurorluğunun böyük müstəntiqi Elmar Əhmədlinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə iyunun 13-də rayonun Nəzəroba kəndində baş verib.
Kənd sakini, 2003-cü il təvəllüdlü Cəlal Cəmil oğlu Nəzərov balaca qardaşı ilə birlikdə rayon ərazisindəki hərbi poliqon yaxınlığında tank əleyhina minanın alışdırıcı borusunu tapıblar. Onlar tapdıqlarının nə olduğunu bilmədən evə gətiriblər və oynatmağa başlayıblar.
Cəlal Nəzərov həyətdə tək olarkən partlayıcı maddəni oynadarkən partlayış olub. Hadisə nəticəsində oğlanın bədən üzvləri parçalanıb. Uşaq yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR