Azərbaycanda partiya sədrinə hücum oldu

Azərbaycanda partiya sədrinə hücum oldu
Bütün Xəbərlər
01:56 27.08.2012
1315
Bu gün Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevə aid "facebook" səhifəsi adı və soyadı artıq virtual aləmə yaxşı tanış olan xaker-Elnarə Milli tərəfindən ələ keçirilmişdir. Elşən Musayevin söylədiyinə görə, axşam saatlarından etibarən səhifəyə girmək mümkün olmayıb. “Əvvəlcə bunu texniki nasazlıq hesab etsəm də, sonradan profildəki ad və soyadımın dəyişdirilməsi, eyni zamanda mənə aid olan digər səhifəyə təhqir və hədə dolu mesajların göndərilməsi bəlli etdi ki, problemin səbəbi nədir və ən əsası kimdir. Elnarə Milli adlı şəxsi bu zamana qədər tanımamışam. Amma dostlar vasitəsilə həmin insan haqqında davamlı məlumatlar toplamaqdayam. Ən azından şəxsiyyəti və iş yeri haqqında artıq yetərli informasiyam var.Mənə gələn hədə dolu mesajda isə müxlaifət əleyhinə verdiyim açıqlamaların dayandırılması tələb edilir. Eyni zamanda dost münasibətdə olduğum “İrəli” İctimai Birliyi haqqında qeyri-etik fikirlər səslənirSon olaraq bildirmək istəyirəm ki, səhər saatlarında məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciətim olacaq. O adam hər kimsə və ya adından hər kim istifadə edirsə tezliklə qanun qarşısında cavab verəcəyinə əmin olsun”
OXŞAR XƏBƏRLƏR