Azərbaycanda pasportlara elektron çiplər nə vaxt yerləşdiriləcək?

Azərbaycanda pasportlara elektron çiplər nə vaxt yerləşdiriləcək?
Bütün Xəbərlər
11:48 24.05.2013
859
Azərbaycanda pasportlara elektron çiplərin yerləşdirilməsinə başlanması vaxtı dəyişdirilir.Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçiriləcək iclasında bununla bağlı "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunda nəzərdə tutan dəyişiklik müzakirə olunacaq.Belə ki, qanunda qeyd olunurdu ki, 2013-cü il iyunun 1-dən pasportda elektron daşıyıcı (çip) yerləşdirilməsi, elektron daşıyıcıya (çipə) pasport sahibinin imzası istisna olmaqla onun barəsində məlumatlar, pasport sahibinin üz təsviri və barmaq izi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda digər məlumatlar daxil edilməlidir. Müzakirəyə çıxarılacaq dəyişikliyə görə, bu tarix sentyabrın 1-nə keçirilir.
OXŞAR XƏBƏRLƏR