‘Azərbaycanda pensiyalar gələn aydan artırıla bilər’- Səlim Müslümov

‘Azərbaycanda pensiyalar gələn aydan artırıla bilər’-  Səlim Müslümov
Bütün Xəbərlər
14:11 12.06.2013
2898

Yaxın zamanlarda Azərbaycanda əmək pensiyaların baza hissəsinin artırılması nəzərdə tutulur.

AZXEBER.COM Kəpəz TV-yə istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Gəncədə vətəndaşların qəbulu zamanı jurnalistlərə açıqlamasında bildirib.

Fond sədrinin sözlərinə görə fondun mövcud büdcəsi buna imkan verir: "Dövlət Sosial Müdafiə Fondunun büdcəsində müvafiq vəsait nəzərdə tutulub. Hazırda imkanlarımız artıq tam formalaşıb. İyun ayının 1-nə Fondun profisiti təxminən 70 milyon manata yaxın idi, iyun ayında da profisitin artımı davam edəcək. Bu isə o deməkdir ki, iyul-avqust ayları üçün artımın başlanması üçün bizim maliyyə vəsaitlərimiz tam formalaşmış olacaq. Düşünürəm ki, pensiyaların baza hissəsinin 15-20% artımı olacaq".

Qeyd edək ki, Azərbaycanda pensiyaların baza hissəsi 85 manat təşkil edir.

OXŞAR XƏBƏRLƏR