Azərbaycanda peyvənddən sonra koronavirusa yoluxan olub?

Azərbaycanda peyvənddən sonra koronavirusa yoluxan olub?
SAĞLAMLIQ
16:04 08.02.2021
1374
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus əleyhinə vaksinasiyadan sonra tibb işçiləri arasında virusa yoluxma halının olub-olmaması məsələsinə münasibət bildirib.

TƏBİB-dən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, qurum Sumqayıt və Abşeron daxil olmaqla, digər bölgələrdə vaksinasiya aparır.

"Bölgələrdə olan səhiyyə müəssisələrində COVID-19 əleyhinə peyvənd vurduran tibb işçilərində sonradan virusa yoluxma faktı qeydə alınmayıb”.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılıb. Peyvənd ilkin mərhələdə risk qrupuna aid olan səhiyyə işçilərinə vurulub.
OXŞAR XƏBƏRLƏR