Azərbaycanda pivə zavodu bağlanır?

Azərbaycanda pivə zavodu bağlanır?
Bütün Xəbərlər
14:27 29.01.2015
825

Şirkət nümayəndəsi açıqlama verdi.

Rusiyada Baltikanın bir neçə filialının bağlanması Azərbaycanda şirkətin nümayəndəsi olan “Baltika Baku”nun fəaliyyətinə təsir göstərməyib.

Bu sözləri “Baltika Baku”nun korporativ əlaqələr üzrə nümayəndəsi Fərhad Hacıyev oxu.az-ın sorğusuna cavab olaraq bildirib.

Şirkət nümayəndəsi bildirdi ki, bu, Rusiya ilə bağlı vəziyyət olduğundan Azərbaycanla heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, Rusiyanın“Baltika” şirkəti Çelyabinsk və Krasnoyarskda filiallarını bağlayıb.

Şirkət bu qərarı mürəkkəb makroiqtisadi şərait, eləcə də Rusiyada bu sahənin qeyri-stabil tənzimləməsinə və vergilərə görə pivə bazarının düşməsi ilə əlaqədar qəbul ediyini bildirib.

“Baltika”şirkəti (Carlsberg qrupuna daxildir) əməliyyat fəaliyyətini və istehsalat strukturunu təhlil edərək, Çelyabinsk və Krasnoyarskda filiallarını bağlamaq qərarına gəlib.

Məlumatda qeyd edilib ki, bu qərar mürəkkəb makroiqtisadi şərait, eləcə də Rusiyada bu sahənin qeyri-stabil tənzimləməsinə və vergilərə görə pivə bazarının düşməsi ilə əlaqədar qəbul edilib.

Şirkətin qiymətləndirilməsinə görə iki zavodunun bağlanması nəticəsində “Baltika” 560 əməkdaşı ilə vidalaşmalı olcaq, təzminat və dəstək proqramlarının ümumi paketi 300 milyon rubldan artıq olacaq. Nəticədə “Baltika” şirkətini Rusiyada istehsalat gücü 15% azalacaq. Filiallar 2015-ci ilin aprel ayından bağlanacaq. Şirkətin, Rosstata istinadən bildirdiyi kimi 2008-ci ildən 2014-cü ilə qədər olan dövrdə Rusiyada pivə bazarı 30% azalıb.

Qeyd edək ki, “Baltika Pivəbişirmə şirkəti” MMC – Rusiya xalq istehlakı mallarının iri istehsalçılarındandır. Rusiyada “Baltika”ya məxsus 10 zavod, geniş brend portfeli məxsusdur. “Baltika” – Rusiya pivəsinin aparıcı ixracatçısıdır: Rusiya pivəsinin ixracının 67% şirkətin payına düşür.

OXŞAR XƏBƏRLƏR