Azərbaycanda polisi ürəyindən bıçaqladılar

Azərbaycanda polisi ürəyindən bıçaqladılar
SOSİAL
21:47 20.11.2019
14175
Yevlax sakini Mingəçevirdə bıçaqlanıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Ağayev Kənan Musa naməlum şəxs tərəfindən bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək  ki, K.Ağayev mühafizə polisinin əməkdaşıdır. O, Mingəçevirdəki təhsil müəssisələrindən birinin mühafizəçisi olub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR