Azərbaycanda polis mayoru özünü güllələyib. APA-nın məlumatına görə, hadisə Balakən rayonunda qeydə alınıb. Balakən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Asif Qasımov tabel silahı ilə başından atəş açaraq özünü öldürüb. Mayorun özünə qəsd etməsinin səbəbləri barədə dəqiq məlumat yoxdur. Onun son vaxtlar sağalmaz xəstəliyə tutulduğu bildirilir. İntiharın ilkin səbəbi kimi bu göstərilir.