Hadisə Sabirabadda baş verib.
Sabirabad şəhərində polis qadını xilas edib.
Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, hadisə martın 9 baş verib.
Belə ki, Sabirabad şəhər sakini, ruhi xəstə Elnarə Əliyeva özünü Kür çayına atmağa cəhd göstərib.
Cəhdin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınıb.
Araşdırma aparılır.