Bu gecə Samux rayonunda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib. Hadisə gecə yarı Gəncə-Samux yolunun 1-ci kilometliyində baş verib. "Mercedes" markalı avtomobilini yüksək sürətlə hərəkət edən Niyaməddin Əliyev idarə etməni itirərək yol kənarındakı ağaca çırpılıb. Bu zaman onun avtomobilində olan sərnişin 29 yaşlı Samux sakini Mehman Mədətov aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.Samux Rayon Polis Şöbəsindən verilən məlumata görə, qəzadan sonra sürücü Niyaməddin Əliyev hadisə yerindən yayınıb. İlkin versiyalarda onun qəza törətdiyi vaxt sərxoş olduğu ehtimal edilir. Hadisəni görən digər sürücü Gəncə sakini Qoşqar Fərəcov qəzaya düşənlərə kömək etmək istəyib. Bu məqsədlə də ərazidə avtomobilini dayandırıb.Elə bu vaxt onun avtomobilini başqa bir "Mercedes" markalı avtomobil vurub. İkinci "Mercedes"in sürücüsü isə Gəncə polisində sahə müvəkkili işləyən Valeh Xəlilov olub. O, hadisədən xəsarətsiz ötüşsə də "Opel"in sürücü Qoşqar Fərəcov yaralanıb və xəstəxanaya yerləşdirilib.Xəstəxanadan verilən məlumata görə, ilkin müayinə zamanı xəstədə sol ayaq topuğunun sınığı, bədənin müxtəlif yerlərinin cırılmış-kəsilmiş yaraları aşkar edilib. İlkin tibbi yardımdan sonra xəstə stansionar müalicədən imtina edərək evə gedib.Baş vermiş hadisəni Samux rayon Prokurorluğu araşdırır.//anspress