Azərbaycanda polis qəza törətdi

Azərbaycanda polis qəza törətdi
Bütün Xəbərlər
10:52 23.04.2013
1588

Ağsu Polis Şöbəsinin əməkdaşının törətdiyi qəza nəticəsində 1 nəfər ölüb

Ağsu rayonunda 1 nəfərin ölümü 2 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bakı Şamaxı Yevlax yolunun 162-ci km də Ağsu rayonunun Pirhəsənli kəndindən keçən hissəsində baş verib. Ağsu rayon sakini 1984-cü il təvəllüdlü Çələbiyev Cəbrayıl “VAZ 2107” makalı 10 MZ 838 dövlət seriya nişanlı avtomaşınla Bakı istiqamətində olarkən idarə etməni itirərək avtoqəza törədib. İlkin məlumata görə, hadisəyə səbəb yüksək sürət olub. Qeyd edək ki, sürücü Çələbiyev Cəbrayıl Ağsu rayon Polis Şöbəsinin əməkdaşıdır. Nəticədə maşında olan 1990-cı il təvəllüdlü Şahməmmədov Rafael Tofiq oğlu hadisə nəticəsində yerindəcə dünyasını dəyişib. Maşında olan digər sərnişinlər Şamaxı rayon sakinləri İsmayılov Rafael və Şıxəliyev Saleh müxtəlif bədən xəsarətləri ilə Ağsu rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Qəzanın səbəbi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırıldıqdan sonra müəyyən olunacaq. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR