Azərbaycanda polis qəzada öldü

Azərbaycanda polis qəzada öldü
Bütün Xəbərlər
14:14 02.05.2012
1392

Ötən gün Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, Rəncbərlər kəndində 1979-cu il təvəllüdlü Azər Rafiq oğlu Əliyev idarə etdiyi “VAZ 21015” markalı avtomobili telefon dirəyinə çırpıb. A.Əliyev ağır bədən xəsarətlərilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla əlaqədar araşdırmalar davam etdirilir. Məlumata görə, qəzaya düşən şəxs rayon polis şöbəsinin post patrul xidmətinin əməkdaşıdır. Serjant A.Əliyevin etibarnamə ilə idarə etdiyi avtomobil yoldan çıxıb və yolun əks tərəfindəki dirəyə çırpılıb.

lent.az

OXŞAR XƏBƏRLƏR