Azərbaycanda polis rəisi rüşvət aldığı yerdə görüntüləndi - VİDEO

Azərbaycanda polis rəisi rüşvət aldığı yerdə görüntüləndi -  VİDEO
Bütün Xəbərlər
14:35 07.04.2014
8359

Sosial şəbəkələrdə və “YouTube” video portalında yol polisinin açıq-aşkar rüşvət alması barədə video paylaşılıb. Bu videonun paylaşmasından sonra ölkədə böyük səs-küy yaranıb.Qeyd edək ki, videodan da göründüyü kimi bir vətəndaş avtomobil idarə edərkən kobud şəkildə qayda pozub. Həmin şəxs içkili halda avtomobil idarə edərkən yol polisi tərəfindən saxlanılıb. Danışıqlardan belə nəticəyə gəlmək olar ki, həmin şəxs polisin dayan-dur əmrinə tabe olmayıb.Lakin sonradan polislərin keçirdiyi əməliyyat zamanı həmin şəxs saxlanılıb. Həmin şəxs isə öz növbəsində yol polisilə danışarkən gizlin çəkiliş edib.Çəkilişlərdən açıq-aydın görünür ki, yol polisləri yol hərəkəti haqqında qaydaları kobud şəkildə pozan vətəndaşı qanun çərçivəsində cərimələmək əvəzinə, həmin şəxsdən rüşvət tələb edirlər.Qayda pozan vətəndaşdan 300 manat rüşvət tələb edən polis serjantı sonradan razılaşmayan şəxsi rəisin qəbuluna göndərir. Polis rəisi də öz növbəsində gizlin çəkiliş edən vətəndaşdan 300 manat pul istəyir.“Salehə deyəcəyəm. 300 verəcəksən Salehə. Bax bunu üçümüz bilirik haa. Sabah Salehə deyəcəyəm, kompüterə oturan kimi Saleh mənə onu çəkib verəcək”, - deyə Göyçay rayon yol polisi idarəsinin rəisi bildirib.Maraqlı orasındadır ki, polis rəisi rüşvət tələb edərkən qanunla danışır: “Yol hərəkəti qaydasının pozulması sənin tabe olmamağındır. Bunun cəriməsi 500 manatdır, “Prava” da 1 il “lişeniyaya” düşür. Bunun belə olmaması üçün 300 manatı verməlisən”, - deyə yol polisi rəisi bildirib.Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə açıqlamasında bu barədə məlumatlı olduqlarını bildirib. Şöbə rəisinin sözlərinə görə, bu barədə Daxili İşlər Nazirliyində araşdırma aparılır. Araşdırmalardan sonra, nəticə barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
17:15 31.07.2025
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
16:48 31.07.2025
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var