Azərbaycanda polis rəisinin köməkçisi iş otağında öldü
Bütün Xəbərlər
23:32 06.02.2012
1644
Ağsu rayon polis şöbəsində ölüm faktı qeydə alınıb. APA-nın məlumatına görə, şöbə rəisi polis polkovnik-leytenantı Bahadur Şükürovun köməkçisi, polis serjantı 1981-ci il təvəllüdlü Qədirov Səbuhi Vaqif oğlu bu gün günorta saatlarında iş otağında dünyasını dəyişib. Rayon Polis şöbəsindən APA-ya verilən məlumata görə iki uşaq atası olan Səbuhi Qədirov ürəktutması səbəbindən dünyasını dəyişib.