Bir neçə gün öncə Lənkəran Rayon Polis Şöbəsində intihara cəhd edən şəxs bu gün xəstəxanada vəfat edib.
Bu barədə APA-ya Lənkəran Rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, aprelin 11-də özünü Polis Şöbəsinin ikinci mərtəbəsindən ataraq intihara cəhd edən 1969-cu il təvəllüdlü Velədi kənd sakini, əvvəllər məhkum olunan Cəmil Babayev bu gün xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, Daxili İşlər Nazirliyi aprelin 12-də Lənkəran Şəhər-Rayon Polis Şöbəsində baş verən intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, aprelin 11-də saat 12.00 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsi əməliyyat müvəkkili, polis mayoru Elçin Fətullayevin 2-ci mərtəbədə yerləşən xidməti otağına oğurluqda şübhəli şəxs qismində gətirilmiş Velədi kənd sakini, əvvəllər məhkum olunmuş Cəmil Babayev pəncərədən özünü atıb. Faktla bağlı araşdırma aparılır.