Azərbaycanda polis yol qəzasında ölüb

Azərbaycanda polis yol qəzasında ölüb
Bütün Xəbərlər
12:18 21.10.2013
1139

Gəncə Şəhər Prokurorluğundan verilən məlumata görə, yol-nəqliyyat hadisəsi keçid küçəsində qeydə alınıb.

 Gəncə Şəhər Baş Polis İdarəsinin Post-patrul xidməti taborunun polis serjantı Rəşad Boris oğlu Mustafayevin idarə "VAZ-2106" markalı avtomobillə Fikrəddin Əhəd oğlu İsmayılovun idarə etdiyi "KamAZ" markalı  yük maşını toqquşub. Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü R. Mustafayev aldığı xəsarətdən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.(APA)

OXŞAR XƏBƏRLƏR