Azərbaycanda polislərə yeni maşınlar verildi - FOTO

Azərbaycanda polislərə yeni maşınlar verildi -  FOTO
Bütün Xəbərlər
15:44 30.07.2013
5114

Azərbaycana Dövlət Yol Polisi üçün yeni avtomobillər – Koreya istehsalı olan KİA Sorento markalı avtomobillər gətirilib.

Lent.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polis polkovnik-leytenantı Kamran Əliyev bildirib ki, yeni avtomobillər əsasən yol polisinin regional bölmələri arasında paylanılacaq. “Avtomobillərdə cərimələrin yerində ödənilməsi üçün POS-terminallar və elektron məlumat bazalı kompyuterlər yerləşdiriləcək” – deyə, o qeyd edib.

Gətirilmiş avtomobillərin sayı barədə sualı cavablandıran K.Əliyev bildirib ki, bu informasiya hələ açıqlanmır.

OXŞAR XƏBƏRLƏR