"Qanunla Prezident Administrasiyası ləğv edilə bilməz" — PA rəsmisi yayılan xəbərlərə aydınlıq gətirdi

"Qanunla Prezident Administrasiyası ləğv edilə bilməz" — PA rəsmisi yayılan xəbərlərə aydınlıq gətirdi
SİYASƏT
13:28 26.04.2017
1211

Azərbaycan Respublikasının Milli Məclisində "Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Nəzərdə tutulan dəyişikliklər ətrafında mediada aparılan müzakirələrdə yanlış şərhlərə də rast gəlinir.

 

Nəzərdə tutulan dəyişikliklər barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev açıqlama verib:

"Təəssüf ki, Azərbaycan Respublikasının Konstitusiyasını oxuyan jurnalistlərin sayı kifayət qədər azdır. Bilmək lazımdır ki, qanun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını ləğv edə bilməz. Çünki Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsində nəzərdə tutulub.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa nəzərdə tutulan dəyişikliklərin mahiyyəti isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən bir sıra qurumlar dövlət qulluqçuları təsnifatına salınsın. Misal üçün, Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təmin edilməsində yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyası deyil, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti də iştirak edir.

Ona görə də "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklərdə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən qurumlar cəm halda göstərilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının adı qanunda öz əksini tapa bilər, çünki bu ad Konstitusiyada təsbit olunub. Lakin adını çəkdiyim digər iki qurumun - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin adları qanuna salına bilməz. Ona görə ki, bu hal olsaydı, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri məhdudlaşmış olardı.

Konstitusiyaya görə, Azərbaycan Respublikasının Prezidenti qanunları poza bilməz və adını çəkdiyim qurumların mövcudluğu qanunda öz əksini tapsaydı, gələcəkdə zərurət olduqda Prezident onları yenidən təşkil edə və ya adlarını dəyişdirə bilməzdi".

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu