Azərbaycanda qaçırılarkən öldüyü deyilən qızdan XƏBƏR VAR

Azərbaycanda qaçırılarkən öldüyü deyilən qızdan XƏBƏR VAR
SOSİAL
13:50 06.09.2017
2494
"Samux rayonunda 20 yaşlı qızın qaçırılması zamanı baş verən avtoqəzaya görə iki maddə ilə (adam oğurluğu və avtoqəza) cinayət işi açılıb. Saytlarda yazıldığı kimi, qız ölməyib. Qaçırılan qız - Türkan İsgəndərova sağdır”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Modern.az-a Samux rayon Sərkər kənd polis sahəsinin baş müstəntiqi İlqar Qəmbərov məlumat verib.

Müstəntiq bu məsələ ilə bağlı mətbuatı diqqətli olmağa çağırıb: "Hadisə günü yazdılar ki, qaçırılan qız ölüb. Onun ailəsini, yaxınlarını heçmi düşünmədilər? Axı qız ölməyib. Hazırda Gəncə Xəstəxanasında müalicəsini davam etdirir. Yoxlanılmamış məlumatı necə yazmaq olar? Təsəvvür edin, qız xəstəxanada reanimasiyadadır, anaya deyirlər ki, saytlar qızının öldüyünü yazıb. Bu ananı sakitləşdirmək olarmı?”

Müstəntiq deyib ki, hazırda Türkan İsgəndərovanın vəziyyəti normaldır: "Ciyərlərində problem vardı, indi düzəlib. Dünən "trubkanı" çıxardılar, bu gün xanımın ifadəsini alacağıq. Ümumiyyətlə, Gəncə Təcili Tibbi Yardım Xəstəxanası bərbad gündədir. O qız həmin xəstəxanada cəmi iki saat qalıb. Sonra Mərkəzi Klinikaya köçürüblər, hazırda vəziyyəti stabildir”.

Gəncə Rayon Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin həkimi Modern.az-a qız qaçıranların xəsarəti barədə məlumat verib: "Məndə olan məlumata görə, üç nəfər - Şəmkir rayon Çinarlı kənd sakini, 1988-ci il təvəllüdlü Müşfiq Nağıyev; Şəmkir rayon Könüllü kənd sakini, 1981-ci il təvəllüdlü Zaur Mehdiyev; sürücü, Samux rayon Sərkər kənd sakini, 1985-ci il təvəllüdlü Eldəniz Musayev bizdə müalicə alırdı. Eldəniz Musayevə qaşarası yara və bel nahiyəsinin əziyi diaqnozu qoyulub. O stasionar müalicəyə buraxılıb. Qızın yaxınları dava-dalaş saldığı üçün digər iki nəfər - Müşfiq Nağıyev və Zaur Mehdiyev xəstəxanaya müraciət ediblər. Heç birinin həyati təhlükəsi yoxdur”.

Qeyd edək ki, sentyabrın 4-də Samuxda avtomobillə qız qaçıran şəxslər qəzaya düşüb. Hadisə axşam saatlarında baş verib. Qız qaçıran şəxslər Əhmədbəyli kəndi ərazisində avtomobillə körpünün üzərindən keçən zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb və nəqliyyat vasitəsi Gəncə çayına düşüb.

Qəza nəticəsində sürücü, Samux rayon Sərkər kənd sakini, 32 yaşlı Eldəniz Musayev və sərnişin, Göygöl rayonu Alabaşlı kənd sakini Türkan İsgəndərova, eləcə də, avtomobildə olan daha iki şəxs ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu