Azərbaycanda “qadın gündəliyi”nin hazırlanması ilə bağlı tədbir keçirildi

Azərbaycanda “qadın gündəliyi”nin hazırlanması ilə bağlı tədbir keçirildi
GƏNCLİK
15:45 14.10.2022
2583
II fokus qrup Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən "Gənc qadınların hüquqları və İctimai iştirakçılıqda maneələr” layihəsi çərçivəsində "İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi tərəfindən təşkil olunub.

Fokus qrup müzakirələrinə ilkin hesabatın nəticələrini təqdim edən araşdırma qrupunun rəhbəri, "İslahatçı Qadınlar və İnnovasiyalar” İB-nin sədri Vüsalə Hüseynli qeyd edib ki, araşdırma çərçivəsində qadınların ictimai-siyasi proseslərdə iştirakının qiymətləndirilməsi və BMT-nin Davamlı İnkişaf Məqsədlərinin bir neçə məqsədini özündə əks etdirən " Qadın gündəliyi”nin tətbiqi və hədəflərinin araşdırılması, Azərbaycanda "qadın gündəliyi və " gender gündəliyi” arasındakı fərq və bunlarla bağlı ölkədə maarifləndirmənin aparılması, statusundan asılı olmayaraq hər kəs üçün bu terminin anlaşılması və prinsiplərinin hazırlanması məqsədilə QHT-lər və ictimai fəal qadınlar arasında sorğu keçirilib.

Vüsalə Hüseynli qeyd edib ki, layihə çərçivəsində qht-ləri və qadınları üçün keçirilən I fokus qrup müzakirəsi qadın iştirakçılığı ilə bağlı maneələr araşdırılaraq və təkliflərin müzakirəsini təşkil edilib.

İctimai müzakirədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, müstəqil ekspert Zaur İbrahimli, QHT rəhbərləri Məleykə Əlizadə, Kəmalə Ağazdə, Tovuz rayon Qadın Resurs Mərkəzinin rəhbəri Taliyə Məsimova, Gəncə şəhər Nizami Bələdiyyəsinin sədr müavini Leyla Məmmədova, Göygöl rayon Regional dgender mərkəzinin rəhbəri Şərqiyyə Dadaşova, Rəhilə Mehdiyeva, Büllur Məmmədova, Elmira İsmayılova, Mehriban Abdullayeva və digər qht rəhbərləri, ictimai aktiv xanımlar çıxış edərək hazırlanan araşdırma – hesabatın müvafiq dövlət qurumları və bu sahədə fəaliyyət göstərən QHT-lər üçün vacib mənbə və fəaliyyət istiqamətləri ola biləcəyini diqqətə çatdırıblar.

Çıxışlar və müzakirələrdə BMT-nin Baş Assambleyası tətəfindən 2016-cı ildə qəbul edilmiş "Qadın gündəliyi -2030” bəyəmnaməsindən irəli gələn bir sıra məqsədlər yerli vəziyyətlə müqayisə olunaraq, təkliflər irəli sürülüb. Eyni zamanda Qadınlara Qarşı Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin (SEDAW) Azərbaycanın VI dövrü hesabatı üzrə yekun tövsiyələrinin araşdırılması və praktik addımların atılması üçün hökumət və QHT-lərdən ibarət işçi qrupunun yaradılmasının vacibliyi xüsusi vurğulanıb.

Müzakirələr zamanı eyni zamanda gender büdcəsi, gender gündəliyi, qadınların səlahiyyətləndirilməsi ilə bağlı ictimaiyyət arasında maarifləndirmə, vəkillik işlərinin təbliği, yenilənən stereotiplərin aradan qaldırılması üçün alətlərin tapılması məsələləri də tövsiyələrdə yer alıb.
İctimai müzakirədə səsləndirilən fikirlər nəzərə alınmaqla tövsiyələr hazırlanaraq hökumətə və aidiyyəti dövlət qurumlarına təqdim olunacağı qeyd edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir