Azərbaycanda qadın müəllim 49 yaşlı qohumunu öldürdü

Azərbaycanda qadın müəllim 49 yaşlı qohumunu öldürdü
Bütün Xəbərlər
02:27 12.08.2015
1185
Zaqatalada 48 yaşlı kişi qətlə yetirilib.

AZXEBER.COM APA-ya istinadən məlumatına görə, avqustun 11-i axşam 22 radələrində rayonun 3-cü Tala kənd sakini 1967-ci il təvəllüdlü Qazıməhəmməd Nəsrullah oğlu İbrahimovun döş qəfəsinin sol tərəfindən bıçaqlanaraq qətlə yetirilmiş meyiti xəstəxananın morquna daxil olub.

Qazıməhəmməd İbrahimovu onun qohumu, kənd sakini 1984-cü il təvəllüdlü Günel Ömər qızı İsgəndərova tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Məlumatda bildirilir ki, qətl şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən Qazıməhəmməd İbrahimov evli olub, bir-neçə il əvvəl həyat yoldaşından ayrılıb.

Qətli törədən Günel İsgəndərova 3-cü Tala kənd orta məktəbində idman müəlliməsi işləyir. Hal-hazırda körpə uşağı olduğu üçün analıq məzuniyyətindədir.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR